Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəcəb Tayyib Ərdoğana verilən mənəvi dəstək -ÖZƏL

Rəcəb Tayyib Ərdoğana verilən mənəvi dəstək


Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə toplantısı keçirildi. Toplantıda üzv ölkələrin maraqlarında olan bir sıra məsələlər müzakirə edilməklə yanaşı, həm də Zirvə görüşü bir neçə incə məqamlar diqqəti cəlb etdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Samir Hümbətov deyib ki, toplantıda təşkilatın tamhüquqlu üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yanaşı müşahidəçi statusu daşıyan Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin də liderinin iştirakı, toplantıda Türkiyədə baş vermiş təbii fəlakətin aradan qaldırılma yollarının müzakirə edilməsi kimi mühüm hadisələr yadda qaldı.

Politoloq qeyd edib ki, toplanının Türkiyədə 14 mayda baş tutacaq seçkilərə 2 aydan az vaxt qalmış baş tutması və bu zirvə toplantısı keçrilən ərəfədə "Cumhur İttifaqı" tərəfindən hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyinin rəsmi təsdiqlənməsi də təsadüfi deyildi:

"Toplantıda Turan ölkələri anlayışının sıx-sıx səsləndirilməsi, TDT-nin qlobal siyasətə təsir imkanlarının müzakirəsi (siyasi, iqtisadi, təhlükəsizlik, enerji, nəqliyyat və.s.şübhəsiz ki, bütün başverənlər qarşıdakı dövrə hesablanmış stratej addım kimi dəyərləndirilə bilər:

"Hesab edirəm ki, bu tədbir həm də qarşıdakı seçkilərdə Rəcəb Tayyib Ərdoğana verilən mənəvi dəstək kimi də dəyərləndirilə bilər. Nəzərə alsaq ki, başda ABŞ olmaqla bir sıra qərb dövlətləri Rəcəb Tayyib Ərdoğana qarşı Türkiyədə müxalifətdə olan "Altılı masa" yaxud "Millət İttifaqı"na açıq dəstək ifadə edir, o zaman bu fövqəladə toplantının əhəmiyyətinin böyük olduğunu demək heç də çətin deyil".

Mehman
Xəbəri paylaş