Bütün əlamətdar günlərdə özünün xeyirxah əməlləri ilə insanların sevgi və rəğbətini qazanan xeyriyyəçi iş adamı Gülağa Tənha Novruz bayramı ərəfəsində də bu ənənəsinə sadiqlik nümayiş etdirib.
Newscenter.az-ın verdiyi xəbərə görə, bu gün, səhər saatlarından etibarən Allah adamı, şair Gülağa Tənhanın təşəbbüsü ilə Masallı və Lənkəran rayonlarından müraciət edən şəhid-qazi ailələrinə, eyni zamanda aztəminatlı, imkansız insanlara və facebook sosial şəbəkəsindəki "ƏRKİVANIM" qrupunun aktiv üzvlərinə bayram sovqatlarının paylanılmasına başlanılıb.
Ruhiyyə