"Türkiyədə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ankara zirvə görüşünün fövqəladə yığıncağı çox həlledici məqamda baş tutdu. Bu yığıncaq Azərbaycan Prezidentinin təklifi ilə növbədənkənar oldu".
Bu fikirləri Newscenter.az-a səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Türkiyədə baş vermiş və 50 minə yaxın insanın həlak olması ilə nəticələnən zəlzələ sonrası TDT-nın toplanması mütləq və təşkilatın məramına uyğun idi:
"Bu Türkiyəyə verilən və veriləcək dəstək baxımından da labüd idi. Bununla yanaşı, TDT-nın getdikcə təşkilatlatlanması və şaxələnməsi baxımından da önəmli oldu. Yeni məqsədlər və məramlar üçün fəaliyyət planı hazırlandı. Türk dünyasının qarşılıqlı əlaqələrinin daha da inteqrasiya və möhkəmləndirilməsi üçün önəmli bəyanatlar verildi".
Azər Qasımovun sözlərinə görə, zirvə görüşü Türkiyədə keçiriləcək seçkilərdə hakim partiya və onun nümayəndəsi R.T.Ərdoğanın yenidən hakimiyyətdə qalması üçün dəstək baxımından da ciddi mesaj oldu:
"R.T.Ərdoğanın TDT üçün necə vacib və əvəzedilməz olduğu nümayiş edildi. Təbii ki, görüş TDT-nın getdikcə daha ciddi məqsədlərə xidmət üçün bir qədər də inkişaf etdiriləcəyi əsas məqsədlərdən biridir. Hər belə görüş bu yolda atılan bir addımdır".
Mehman