UEFA Avropa Konfrans Liqasının 16/1 turu çərçivəsində keçirilən "Sivasspor" - "Fiorentina" matçında gərgin anlar yaşanıb.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, qarşılaşma zamanı meydana daxil olan azarkeşlər "Fiorentina"nın 20 yaşlı futbolçusu Alessandro Byankaya fiziki güc tətbiq edib, ona yumruq atıblar. Nəticədə italyan futbolçunun burnu sındırılıb.
Məlumat üçün qeyd edək ki, UEFA Avropa Konfrans Liqasının son 16 turu çərçivəsində "Fiorentina" Sivasdakı 4 Sentyabr stadionunda "Sivasspor"la qarşılaşıb.
Oruc