Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub


Könül İsmayılova: Prezident İlham Əliyev mart 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı etdi. Ölkə başçısı çıxışı zamanı bir çox məsələlərə toxundu. İlham Əliyev çıxışında ilk öncə Türkiyədə baş verən zəlzələdən danışdı. Prezident bildirdi ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirdi. Dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoydu.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər oldu. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərildi. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci oldu. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarıldı. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edildi. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərdi.

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub. Bundan sonra da belə olacaq. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.

Həmçinin ölkə başçısı bilidirdi ki, Türk dünyası türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şura və İH-nin üzvü
Xəbəri paylaş