Bu gün Özbəkistanın paytaxtı Daşkən şəhərində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan və özbək xalqalarının ortaq milli bayramı olan Novruz Bayramı münasibətilə böyük şənlik təşkil edilib.
Newscenter.az-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinindən verilən məlumata görə, Universitetin kampüsündə təşkil olunan şənlikdə universitet rəhbərliyinin dəvətilə iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov universitetin professor-müəllim heyəti ilə görüşüb, tələbələr tərəfindən təşkil olunmuş milli stendlərlə tanış olub.
Daha sonra Özbəkistanın aparıcı telekanallarına müsahibə verən Samir Abbasov fürsətdən istifadə edərək qardaş özbək xalqını Novruz Bayramı münasibətilə təbrik edib, bu bayramın Azırbaycanda da geniş təntənə ilə qeyd edildiyini və hər iki qardaş xalqın da eyni, oxşar ənənlərlə Novruzu, baharın gəlişini qarşıladığını vurğulayıb.
Anar