Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (DAMM) Qəbələ rayonu ilə birlikdə DAMM-ın «Azərbaycan» nəşriyyatındakı Mətbuat Evində Novruz bayramı tədbiri təşkil olunub.
Newscenter.az xəbər verir ki, tədbirdə Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi 1- ci vitse prezidenti Ruhiyyə Poladova , DAMM Qəbələ rayon reginol sədri Təranə Alməmmədova, "44 Gündə Qızıl Tarix Yazanlar" layihəsinin rəhbəri Xəyal Məmmədəliyev, qazilər, zabitlər və digər şəxslər iştirak edib.
Əvvəlcə Azərbaycan respublikasının Dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qəbələdən gələn rəssam Lalə Asifqızının şagirdlərinin çəkdiyi şəhid şəkillərinin sərgisi nümayiş olunub. Şəhid anaları övladlarının şəkillərini çəkdiyi şagirdlərə təşəkkür edib, onlara fəxri diplomları təqdim ediblər.
Tədbir çay süfrəsi ilə davam edib.