Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hayastanın ən yaxın müddətdə cəzalanması artıq zərurətdir

Hayastanın ən yaxın müddətdə cəzalanması artıq zərurətdir


"Hayastanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün cox ciddi bir şəkildə, həm də ən yaxın mümkün müddətdə cəzalanması artıq zərurətdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Ermənistan özü bunun üçün zəmin yaradır. Ekspertin sözlərinə görə, Ermənistan həm Naxçıvana yolumuzu 31 ildir blokada saxladığını, həm də silahlılarını Qarabağdan çıxarmaq niyyətində olmadığı üçün belə bir addımın atılması mütləqdir.

Ədalət Verdiyev bunun üçün Azərbaycanın hərbi imkanlarının kifayət qədər olduğunu qeyd edərək fikirlərini belə davam etdirib:

"Son yeddi ildə tək İsraildən Azərbaycana 92 yük təyyarəsi silah daşınıb. Bura Türkiyədən olan daşınmaları, yerli istehsalın imkanlarını və yeni yaradılan hissə və birliklərin döyüş potensialını da əlavə edə bilərik".

Mehman
Xəbəri paylaş