Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Heydər Əliyev İli"nin Novruz tonqalı Talışda alovlandı!

"Heydər Əliyev İli"nin Novruz tonqalı Talışda alovlandı!


"Prezident İlham Əliyev 2021-ci ilin oktyabrın 3-də - işğaldan azad olunmasının birinci ildönümündə Tərtər rayonunun Talış kəndinə səfəri zamanı bəyan etmişdi, “biz Talış kəndinə həyat qaytaracağıq”. Bəli, cəmi bir il beş ay sonra artıq Talış kəndinə layiqli və təhlükəsiz həyat qayıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, Müzəffər Ali Baş Komandan "Heydər Əliyev İli"nin Novruz tonqalını məhz Talışda alovlandırdı!

Bəhruz Məhərrəmov daha sonra sözlərinə belə davam edib:

"Eyni zamanda cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva ilə bu il bayramlaşmağa 30 illik həsrətdən sonra ata-baba yurdlarına qayıtmış Talış sakinlərindən başlaması bölgənin həqiqi və əbədi sahibinin kim olduğunun dünyaya bəyanı oldu".

Anar
Xəbəri paylaş