Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilən hər bir şəhər və rayon, hər bir yaşayış məntəqəsi yenidən qurulur

İşğaldan azad edilən hər bir şəhər və rayon, hər bir yaşayış məntəqəsi yenidən qurulur


"İşğaldan azad edilən hər bir şəhər və rayon, hər bir yaşayış məntəqəsi yenidən qurulur, məcburi köçkünlərin həmin ərazilərə qayıdıb rahat, təhlükısiz şəraitdə yaşaması üçün zəruri addımlar atılır".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Tərtər rayonunun Talış kəndinə səfər etməsindən danışarkən səsləndirib. İctimai Birlik sədri deyib ki, xüsusilə bu səfərin xalqımızın ən əziz bayramlarından sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi daha əlamətdardır:

"44 günlük Vətən müharibəsindən keçən dövr ərzində hər il Novruz tonqallarının yandırılması düşməndən azad edimiş bir şəhər və ya rayonumuzun paylna düşür. Bu dəfə bu xoşbəxtlik, bu fərəh hissi Tərtər rayonunun Talış kəndində yaşandı. Azərbaycan Respiublikasının Prezidenti Cənab İlham Əliyev Talış kəndində Novruz tonqalını alovlandıraraq Talış kəndinin sakinlərinə, ümumən Azərbaycan xalqına öz xeyir-duasını verdi, vacib mesajlarını çatdırdı".

Arzuman Muradlı onu da deyib ki, artıq dövlət başçısı və ailə üzvlərinin bayramları, əlamətdar günləri, öz ad günlərini vətəndaşlarla, ayrı-ayrı şəhər və rayonların sakinləri ilə bir yerdə qeyd etməsi ənənəvi hala çevrilib:

"Bu da bir daha dövlət başçımızın hər bir azərbaycanlının prezidenti olduğunu, hər zaman xalqının, öz vətəndaşının qayğısına qaldığını sübuta yetirir".

Mehman
Xəbəri paylaş