Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı"

Prezident: "Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda bizim sözümüzə reaksiya verən qurum tapılmadı"


"Biz otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltmışdıq. Ancaq əfsuslar olsun ki, bizim sözümüzə reaksiya verən qurum tapılmadı".

Newscenter.az xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində deyib.

“Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etməyə yox, dondurmaq üçün səylər göstərirdi. İndi İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində əldə edilmiş yeni məlumatlar bunu bir daha təsdiqləyir”, - deyə dövlət başçısı bildirib.

Sevinc
Xəbəri paylaş