Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yardımlı sakinindən narkotik götürülüb

Yardımlı sakinindən narkotik götürülüb


Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb.

Newscenter.az DİN Mətbuat Xidmətinə istinadən bildirir ki, ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredən xassəyə malik həblər aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır

Mehman
Xəbəri paylaş