Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbində Novruz şənliyi keçirilib – FOTOLAR

Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbində Novruz şənliyi keçirilib – FOTOLAR


Novruz qədim ənənələrlə, oyunlarla zəngin əziz bayramımızdır.Bu bayram torpağın oyanışını, yazın gəlişini simvolizə edir.

Novruz bayramı həmçinin dostluq, həmrəylik, xalqı birləşdirən birlik bayramıdır.

Newscenter.az xəbər verir ki, Azərbaycan xalqının tarixini, zəngin folklorunu özündə birləşdirən bu bayram Yevlax rayon Aşağı Qarxun kənd uşaq musiqi məktəbində də böyük sevinclə qeyd edilmişdir. Daima şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayan məktəbin direktoru Elanə xanım Nəcəfova Novruz ərəfəsində də şəhid və qazi ailələrini unutmadı. Kiçik bir kəndin musiqi məktəbinin direktorunun şəhid və qazi ailələrinə diqqəti alqışlanmalıdır. Elə bayram ərəfəsində Aşağı Qarxun kənd uşaq musiqi məktəbin direktoru Elanə Nəcəfova təşkilatçılığı ilə Novruz şənliyi təşkil edildi. Şənliyi giriş sözü ilə açan Elanə Nəcəfova kollektivi, məktəbin şagirdlərini,qonaqları bayram münasibətilə təbrik etdi. Elanə Nəcəfova 44 günlük Vətən müharibəsindən danışaraq şəhidlərimizin ruhunun bir dəqiqəlik yad edilməsini xahiş etdi. Novruz şənliyində şəhid ailələrinə, qazilərə bayram xonçaları təqdim edildi.



Mehman
Xəbəri paylaş