Prezident İlham Əliyev: "İşğal reallıqları, müharibə reallıqları, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Ondan sonra görək, baxaq bunun axırı nə olacaq?!”.
8 gün əvvəl "yarimtorədici" ifadəsini ictimaiyyətə təqdim edərkən yazdığım status: Martın 10-da İrəvanda keçirilən birinci ümumerməni vətəndaş assambleyasında kartoqraf Ruben Qalçyan: "Aİ müşahidəçilərinin Ermənistanla Azərbaycan arasında problemlərdən xəbəri yoxdur, onlar sadəcə olduqları ərazidə vəziyyətə nəzarət edirlər. Delimitasiya yalnız Azərbaycan Ermənistanın suveren ərazisini tərk etdikdən sonra başlaya bilər".
İndi Qalcyana Ermənistanın suveren ərazisinin olmadığını başa salmaq üçün Zəngəzur və Göyçədə bir qədər də aktivləşməliyik. İnsan nə qədər beyinsiz olmalıdır ki, sulh və delimitasiyanın indiki vəziyyətdə kimə və nə qədər vacib olduğunu anlamasın.
Şəxsən mənə sülh və delimitasiya Ermənistan Bərdə, Tərtər, Göranboy yaxınlığında atəşkəsi pozanda, kəndlərimizi atəşə tutanda lazım idi. İndi isə qəhrəman Əsgərimiz əməliyyatlar teatrını Göyçəyə, Qafana, Qarakilsəyə, İstisuya və Basarkeçərə köçürüb. Əgər Ermənistan prosesləri ləngidəcəksə, o zaman İrəvan keçən ilin sentyabr ssenarisinə hazır olmalıdır. Nikola da təklif edirəm ki, beyinsiz Qalçyanın və sülaləsindən olan digər yarımtörədiciləri Qarakilsə istiqamətinə göndərsin.
Ədalət Verdiyev-hərbi ekspert