Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Federasiyadan Newscenter-az-a verilən məlumata görə, martın 21-dən 26-dək baş tutacaq matçlara ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı aparılacaq.
Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə oyunların keçiriləcəyi Siroki Breyqə avtobusla yollanacaq. U-19-u görüşlərə baş məşqçi kimi İlqar Aslanov çıxaracaq.
U-19-un heyəti və oyunların təqvimi aşağıdakı kimidir:
Əli Quliyev (ADBTİA), Sadiq Əlizadə, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Qudrət Qasımzadə (hamısı “Baku Fire”), Kərim Babayev (“Zirə”), Şahbaz Həndəmli, Əhməd İsmayılov, Sunay Həsənov, Elşən Mahmudov, İlham Alıyev (hamısı U-19).
Avropa çempionatı
Əsas mərhələ
22 mart
20:00. Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Şiroki Briyeq, Pecara İdman zalı
23 mart
23:00. Bosniya və Herseqovina – Azərbaycan
Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Şiroki Briyeq, Pecara İdman zalı
25 mart
20:00. Azərbaycan – Yunanıstan
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)
Şiroki Briyeq, Pecara İdman zalı.