Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə kafeyə silahlı hücum olub, 3 nəfər xəsarət alıb

Türkiyədə kafeyə silahlı hücum olub, 3 nəfər xəsarət alıb


Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum olub.

Bu barədə Newscenter-az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə dünən axşam saatlarında olub. Maskalı şəxs kafeyə daxil olaraq odlu silahdan 4 nəfərə atəş açmağa başlayıb. Atəş nəticəsində 3 nəfər xəsarət alıb.

Cinayətkar hadisə yerindən qaçıb. Yaralılar ətrafdakı şəxslər tərəfindən xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda cinayətkarın yaxalanması ilə bağlı əməliyyat keçirilir.

Mehman
Xəbəri paylaş