Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zakir Həsənov erməni təxribatı zamanı yaralanan hərbiçilərlə görüşüb

Zakir Həsənov erməni təxribatı zamanı yaralanan hərbiçilərlə görüşüb


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri yaralılara ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Z.Həsənov martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Mehman
Xəbəri paylaş