Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Talış kəndində yandırılan Novruz tonqalı dünya azərbaycanlılarını qürurlandırır

Talış kəndində yandırılan Novruz tonqalı dünya azərbaycanlılarını qürurlandırır


2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bizə böyük Qələbə bəxş etdi və artıq 3 ildir milli bayramımız olan Novruzu tarixi torpaqlarımızda qeyd edirik. Azad olunmuş ərazilərimizdə zəfər tonqalları yandırırıq. Bu, hər birimizi qürurlandırır. Böyük qələbədən sonra ilk Novruz tonqalı Qarabağın tacı olan Şuşada, Cıdır düzündə qalandı. Ulu öndər Heydər Əliyev hər zaman deyirdi: “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” İndi həmin günlər gəlib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkili bildirib ki, bu il Novruz tonqalı müzəffər liderimiz tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı:

"44 günlük Vətən müharibəsində bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı. Çünki Talış kəndinin olduqca vacib strateji əhəmiyyəti vardı. Düşmən tapdağından azad olunan Talış kəndində də Azərbaycan bayrağı dalğalanılır".

Deputat qeyd edib ki, Böyük Qələbəmizdən sonra bütün bölgələrimizdə olduğu kimi, Talış kəndində də Prezident İlham Əliyevin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılr, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılır:

"Dövlət başçımızın bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən asılı deyilik və müstəqil şəkildə öz sərhədlərimizdə möhkəmlənirik. Talış kəndində yandırılan Novruz tonqalı, kənd sakinlərinin doğma yurdunda milli bayramımızı qeyd etməsi dünya azərbaycanlılarını qürurlandırır".

Könül Nurullayeva diqqətə çatdrıb ki, Prezident İlham Əliyevin təbrik müraciətində olduqca vacib məqamlar vardı:

"30 il ərzində işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmirlər. Cənab Prezident ölkəmizə qarşı ədalətsiz addımlara da toxunaraq erməni havadarlarının bizə qarşı informasiya müharibəsi elan etməsinə diqqət çəkdi. Yəni, çirkin niyyətdə olanların yanaşması bu gün yenə dəyişməyib. Dövlət başçımızın da söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”.
Bu gün regionda diktə edən tərəf qalib Azərbaycandır və biz Ermənistana dayanılqlı sülh təklif edirik. Bu, ən böyük güzəştdir. Ermənistan yeni reallıqları qəbul etməlidir. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Müzəffər liderimiz Talış kəndində də mesaj verdi - əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək. Ermənistan və onun havadarları bu xəbərdarlıqlardan nəticə çıxarmalıdır".

Ruhuyyə
Xəbəri paylaş