Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan MN: Ermənistan hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə edir

Azərbaycan MN: Ermənistan hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə edir


Ermənistanın hərbi yükdaşımalar məqsədilə mülki nəqliyyat vasitələrindən istifadə etməsi müəyyən olunub.

Bu barədə Newscenter-az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, Ermənistandan hərəkət edən mülki avtomobillər Şuşa rayonunun Turşsu kəndi yaxınlığında müəyyən edilmiş nöqtəyə qədər müqavilə əsasında xidmət keçən canlı qüvvəni və hərbi yükləri çatdırır. Daha sonra hərbçilərin və hərbi yüklərin yüksəkkeçidli hərbi maşınlarla Xankəndiyə daşınması da tərəfimizdən müşahidə edilib:

"Bildiririk ki, bölgədə bundan sonra yarana biləcək gərginliyə görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Mehman
Xəbəri paylaş