Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bütöv Azərbaycanın yaranması labüd olacaq

Bütöv Azərbaycanın yaranması labüd olacaq


"İran hər hansı bir halda əgər Azərbaycan-Ermənistan arasında yaranacaq yeni qarşıdurmaya qarışacaqsa, bu, mütləq İran azərbaycanlılarının da bilavasitə qarşıdurmaya qarışması ilə nəticələnməlidir. Təbii ki, farslaşmış azərbaycanlıların da cavabını özləri vermək şərti ilə".

Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, əks halda tarix bunu cənublu azərbaycanlılara bağışlamayacaq:

"Hamı bilməlidir ki, belə bir durumda Bütöv Azərbaycanın yaranması labüd olacaq və bütün planların buna hesablanması mütləqdir. Cənublu azərbaycanlılar artıq bunun azadlıq və müstəqillik müharibəsi olduğunu bilməlidirlər. Odur ki, bu günə kimi kimlərinsə təhriklərinə uymayıb, fəaliyyətsiz dayanmaq dövrünün başa çatdığı və birbaşa başladığını bilməlidirlər".

Azər Qasımov deyib ki, Azərbaycan İran rejimi ilə qarşıdurmanı gözə alıb, Ermənistanla məsələni hərbi yolla həll etmək istəyəcəksə, İranın münaqişəyə hər hansı formada qarışması durumunda Cənubla birləşmək məsələsini də gözə alıb planlar qurmalıdır:

"Bu, artıq qaçılmaz olacaq və biz istəsək də, istəməsək də prosesin tərkib hissəsi olacaq. Dəhlizin açılması durumunda İranla müharibənin qaçılmaz olduğunu və bu durumda Türkiyənin də hazır olmasını öncələr qeyd etmişdim. Hələ belə bir söhbətlər yox ikən".

Mehman
Xəbəri paylaş