"Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsinin qurulması və Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə erməni silahlılarının cəzalandırılması artıq labüddür. RSK-nın ipini yığacağıq".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Zəngəzur dəhlizinin açılmasından imtina edən Ermənistan bir neçə dəfə, həm də dərindən düşünməlidir:
"İran erməni fərariləri əvəzindən Azərbaycanla savaşa girən deyil. Bu baş verərsə Türkiyə dərhal müdaxilə edəcək. İranın daxilində baş verəcək iğtişalar isə molla reiminin devrilməsinə qədər aparıb çıxara bilər".
Anar