Azərbaycanda son gün ərzində koronavirus infeksiyasına 25 yeni yoluxma qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında ölən yoxdur.
Ölkədə indiyədək ümumilikdə 829 328 nəfər koronavirusa yoluxub. Onlardan 819 328 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 160 nəfərdir.
Son gün ərzində 353, hazırkı dövrədək isə 7 551 588 test aparılıb.
Sevinc