Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran heç vaxt qonşuluğunda güclü Azərbaycanı görmək istəməyib

İran heç vaxt qonşuluğunda güclü Azərbaycanı görmək istəməyib


Bu gün İran İslam Respublikası ilə Azərbaycan arasında artan gərginliyin səbəbkarı bu ölkənin şovinist rejimidir.

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən hüquqşünas Əli İbrahimovun qənaətincə, bu rejim ona görə narahatdır ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ermənstan hərbi birləşmələrini darmadağın etməklə bölgədə geosiyasi üstünlük əldə etdi:

"Bəli, İran heç vaxt qonşuluğunda güclü Azərbaycanı görmək istəməyib. Ona görə də Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə İran həmişə Ermənistana hərbi, maddi və siyasi dəstək verib. Hətta İran rəhbərliyinin 1992-ci ilin may ayının 8-də Şuşa şəhərinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmasına hərtərəfli şərait yaratmaları da bir acı həqiqətdir".

Əli İbrahimov "Şuşanın işğalı İranın Azərbaycana arxadan vurulan bir zərbəsi kimi tarixə düşüb"- deyə bildirib.

Mehman
Xəbəri paylaş