Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağda Heydərabad şəhərinin salınması Azərbaycanın iqtisadi qüdrətini artıra bilər

Qarabağda Heydərabad şəhərinin salınması Azərbaycanın iqtisadi qüdrətini artıra bilər


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Talış kəndinə səfər etməsi, orada bayram tonqalı yandırması düşməndən azad edilən ərazilərimizə Böyük Qayıdışın daha bir nümunəsi, sübutu idi". Bu fikirləri Newscenter.az-a səsləndirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, Qarabağa, işğaldan azad edilən ərazilərimizə Böyük Qayıdışı təmin etmək üçün əlavə tədbirlərin, layihələrin həyata keçirilməsi də önəmli olar:

"Hesab edirik ki, "Milli İnkişaf" İctimai Birliyi olaraq bizim tərəfimizdən irəli sürülən Qarabağda Heydərabad şəhərinin salınması da öz növbəsində Böyük Qayıdışa müsbət təsir göstərən amillərdən olar".

Arzuman Muradlı bildirib ki, Qarabağda sözügedən çoxmilyonlu bir şəhərin salınması eyni zamanda Azərbaycanın iqtisadi qüdrətini də artıracaq. Nəzərə alsaq ki, sözügedən şəhər Füzuli Beynəlxalq Hava Limanından Araz çayı boyunca böyük bir ərazini əhatə edəcək, o zaman həmin şəhərin Azərbaycanın iqtisadiyyatının daha da inkişaf etməsinə ciddi təkan verəcəyini təsəvvür etmək çətin deyil. Hətta İran da Azərbaycana olan düşmənçilik mövqeyindən əl çəkib bizimlə səmimi qonşuluq münasibətlərini davam etdirsə, o halda belə bir şəhərin salınması molla rejimi üçün də faydalı sayıla bilər. Lakin molla rejiminin Azərbaycana olan düşmən mövqeyi çətin ki, belə bir layihənin reallaşmasını onun üçün məmnun edə".

Arzuman Muradlı onu da diqqətə çatdrıb ki, Heydərabad şəhərinin salınması ilə dövlətimizin siyasi iradəsi bir daha dünyaya nümayiş etdirilmiş olacaq. "Milli İnkişaf" İctimai Birliyi tərəfindən irəli sürülən Heydərabad şəhərinin salınması ideyasının gerçəkləşməsi öz növbəsində həmin bölgədə təhlükəsizliyin təmin edilməsinə bir növ zəmanət vermiş olar".

Qeyd edək ki, "Milli İnkişaf" İctimai Birliyi tərəfindən Qarabağda Heydərabad şəhərinin salınması təşəbbüsü irəli sürülüb. Sözügedən təşəbbüs başda Prezident Administrasiyası olmaqla, bir sıra müvafiq dövlət qurumlarına təqdim edilib.

Mehman
Xəbəri paylaş