"Azərbaycan öz torpaqlarını müharibə ilə azad edənə qədər həmişə şikayətlənirdik ki, Amerika Qarabağ məsələsi ilə məşğul olmur, başqa problemlərə başı qarışıb, biz yada düşmürük, hətta, Amerika rəsmilərinin təsadüfən Qarabağ problemi haqda bir bəyanatını ümid işığı hesab edirdik ki, deyəsən Amerika bu məsələni də öz gündəliyinə daxil edəcək".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, indi Amerika Qarabağ məsələsini az qala öz gündəmi edib:
"Xüsusi nümayındə ayırıb. İki gündən biri gah bəyanat verir, regiona gəlir, görüşlər təşkil edir. Dövlət katibi bu məsələni xüsusi gündəminə aldığını deyir, Azərbaycanın təhlükəsizliyini müfafiə etmək üçün təklif verir, bəyanatla çıxış edir.
Bununla yanaşı bizimkilər indi də buna don geyindirib, Amerikanı pisləyirlər. Amerika pisdirsə, onda Rusiya yaxşıdır demək istəyirsiniz yəqin?! Bizi guya İranla müharibəyə cəlb etmək istəyir Amerika. Ağlımız varsa, cəlb olunmayaq".
Mehman