"Qarabağda cərayan edən son proseslər bir daha onu göstərir ki , Kreml admistratsiyası mövcud situasiyanın gərginləşməsində aktiv rol oynayır".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, ordumuzun əlverişli yüksəklikləri, qanunsuz olaraq hərbi yüklər daşınan bütün yolları nəzarətə götürməsi və Rusiya Müdafiə Nazirliyinin bu faktı üç tərəfli bəyanatın müddəalarının pozulması kimi qiymətləndirməsi tamamilə absurd və qərəzli yanaşmadır:
"İlk öncə onu qeyd etmək mütləqdir ki, rəsmi Moskva qeyri-qanuni erməni hərbi birləşmələrinin silahlandırılmasında iştirak etməklə bilərəkdən məlum sazişin müddəalarını pozur və separatçı qüvvələri yeni təxribatlara hazırlayır. Kreml rəhbərliyi yaxşı anlayır ki, Azərbaycan 2025- ci ildə bitəcək olan sülhməramlı mandatın vaxtının uzadılmasına heç vaxt razı olmayacaq. Bu səbəblə Moskva özünün dırnaq arası sülhməramlı missiyasını davam etdirmək üçün yeni təxribatlar hazırlayaraq regionda varlığının zəruri olduğu görünüşünü yaratmaq istəyir".
AVP rəsmisi qeyd edib ki, iki ölkə arasında münaqişənin davam etməsində maraqlı olan tərəf təkcə Rusiya deyil:
"Vəziyyətin dahada çətinləşməsində, hatta tərəflər arasında hərbi toqquşmaların olmasında Qərb və İranda ən az Rusiya qədər maraqlıdır. Elə situasiyalar var ki, Rusiya ilə Qərbin maraqları uyğunlaşır və onlar proseslərə bir prizmadan yanaşırlar. Aİ missiyası və onun rus ekvalenti olan sülhməramlılar hər ikisi ümümi maraq olaraq anti-Azərbaycan mövqeyi sərgiləyirlər. Bu yanaşma özlüyündə Ermənistan cəmiyyətində yalnış fikirlər formalaşdırır, onların revanşist meyllərini artırır. Eyni zamanda mövcud situasiyanın bu qədər gərgin olduğu bir zamanda İranın Naxçıvanla sərhəddə hərbi təlimlər keçirməyə başlaması açıq şəkildə Ermənistana dəstək xarakterli addımdır".
Mehman