Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rəsmi Bakının atdığı addımlar tam olaraq beynəlxalq hüquqa əsaslanır

Rəsmi Bakının atdığı addımlar tam olaraq beynəlxalq hüquqa əsaslanır


Göründüyü kimi Ermənistan hökuməti Rusiyanın və İranın, Azərbaycana qarşı təxribat xarakterli addımlarından dolayı verdikləri dəstəyi cavabsız qoymaq niyyətində deyil.Baxmayaraq ki, Qərbin vasitəçiliyi ilə və beynəlxalq hüququn norma və prinsipləri əsasında, müxtəlif platformalarda Ermənistana dəfələrlə tövsiyyələr edilmişdir və müəyyən razılıq əldə olunmuşdur. Amma, Ermənistan Rusiya və İranın təsiri altında çirkin niyyətlərinə son qoymaq istəmir. Əksinə daha da irəli gedir və Azərbaycan ərazilərinə aramsız olaraq silah sursat daşıyır, canlı hərbi qüvvə yerləşdirməklə məşğuldur.

Bütün bunlar Rusiyanın sülhməramlı qüvvələrinin himayəsi altında həyata keçirilir. Paralel olaraq bu kimi təxribat xarakterli addımları İran hökuməti atır.Onlar Azərbaycanla sərhəddə narahatlıq doğuran, beynəlxalq hüquqa zidd hərəkətlərə yol verən təxribatlar həyata keçirirlər və Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlıqlarına məhəl qoymurlar.

Nəhayət rəsmi Bakı xəbərdarlıqdan nəticə çıxartmaq istəməyən separatçılara qarşı ölkənin hərbi potensialından istifadə etmək qərarı qəbul etməyə məcbur qaldı. Bütün bu olub bitənlər Azərbaycan ordusunu məcbur edir ki, ərazi bütövlüyümüzü qoruyub saxlamaq məqsədilə lazımi tədbirlər həyata keçirsin və təxribatların qarşısı alınsın. Bunun üçün Azərbaycan ordusu hərəkətə keçmişdir və lazımi tədbirlər həyata keçirmişdir. Bunun ardınca isə, bu gün Rusiya müdafiə nazirliyi özünəməxsus şəkildə bəyanat yayıb. Bəyanatda, Azərbaycanın üçtərəfli sazişdən irəli gələn öhdəlikləri, pozduğu qeyd olunub. Əslində bunu bəyan edən ölkənin kim olduğu və bəyanatının arxasında hansı məqsədlər olduğunu hər kəs bilir. Rəsmi Bakının atdığı addımlar tam olaraq beynəlxalq hüquqa əsaslanır və Qarabağ bölgəsində separatçı rejimin hərəkətlərini məhdudlaşdırmaq üçün, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədilə, atdığı hər hansı bir addım, onun tam olaraq hüququdur və haqqı hesab edilir.

Çingiz Şahbazi-siyasi ekspert
Xəbəri paylaş