Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək


“Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ölkədə Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“O ki qaldı Aleksandr Lukaşenko ilə danışıqlarımıza, buna səbəb Böyük Britaniyanın müdafiə nazirinin müavininin Ukraynaya tərkibində zəiflədilmiş uran mərmiləri tədarük etməyə hazırlaşdıqları barədə bəyanatı olub, bu, bir növ nüvə texnologiyası ilə bağlıdır. Bu hadisələrin kontekstindən kənarda belə, Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”.

Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə silahı daşıya biləcək “İsgəndər” raket kompleksini təhvil verib:

“Aprelin 3-dən ekipajın təliminə başlayırıq və iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq”.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya tərkibində zəiflədilmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.
Xəbəri paylaş