Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda qatarla traktor toqquşub, ölən var

Şabranda qatarla traktor toqquşub, ölən var


Şabranda qatarla traktor toqquşub.

Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.

Araşdırma aparılır.

Mehman
Xəbəri paylaş