Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şarl Mişel Nikol Paşinyana Brüssel razılaşmalarını xatırladıb, eskalasiyadan çəkinməyə çağırıb

Şarl Mişel Nikol Paşinyana Brüssel razılaşmalarını xatırladıb, eskalasiyadan çəkinməyə çağırıb


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel martın 26-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Brüssel formatında əldə olunan razılaşmaları xatırladıb.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.

Ş.Mişel N.Paşinyanı kompromis üçün həll yolları axtarmağa və eskalasiya risklərinə səbəb ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırıb.

Avropa İttifaqı Şurasının prezidenti Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasına dəstək olacağını xatırladıb.

Tərəflər, həmçinin Laçın yolundakı durumu müzakirə ediblər.
Xəbəri paylaş