Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, haylara, eləcə də İrana ibrət dərsidir

Bu, haylara, eləcə də İrana ibrət dərsidir


Əziz FB izləyicilərim, son günlər regionda və Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən mürəkkəb geosiyasi proseslər bu həssas dönəmlərdə aramsız təxribatların sayını da artırmaqdadır. Ermənistanın açıq terror siyasətinin davam etdirmək cəhdlərinin artması, Rusiya və İranın pərdəarxası çirkin oyunları, eləcə də Avropa Birliyinin bəzi ölkələrinin, xüsusilə də Fransanın bölgədə gərginliyi artırmaq və sülh sazişinin imzalanmasını pozmaq çabaları və digər anti-sülh addımlarının qarşılığında Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizin milli-hərbi maraq və mənafelərinin necə qətiyyətlə, müdrik uzaqgörənliklə və təmkinlə qoruduğunu, bu təxribatların qarşısını hansı məharət və istedadla aldığını görürük. Bu xüsusda baş verənlərlə bağlı qısaca öz qənaətlərimi bölüşmək istərdim.

İlk növbədə, Azərbaycan Ordusunun ötən gün keçirdiyi uğurlu əməliyyatı alqışlayır, Sarıbaba dağındakı strateji yüksəklikdə post qurmasını və Ermənistandan Xankəndinə gələn yeganə dağ-meşə yolunu nəzarətə götürməsini növbəti anti-terror hərəkatının zəfəri hesab edirəm.

Əslində Ali Baş Komandan İlham Əliyev Novruz bayramı günlərində Talış kəndində səsləndirdiyi bəyanatla marionet ölkə Ermənistana və onu idarə edənlərə lazımi mesajını vermişdi, xəlvəti yollarla silah-sursat daşımaqdan çəkinməyə, sülh dialoqunu davam etdirməyə çağırmışdı.

Ermənistan isə ağıllanmadı və Laçın dəhlizindən dolayı gizli dağ-dərə yolları üzərində tam nəzarəti təmin edən Milli Ordumuz terrorçuların və havadarlarının bütün ümidlərini darmadağın etdi.

Rusiya “sülhməramlıları”nın Azərbaycanın bu əməliyyatına haqq qazandırmayacağı əlbəttə, bəlli idi, Rusiya Müdafiə Nazirliyinin Azərbaycanı 10 Noyabr razılaşmasını pozmaqda ittiham edən sərsəm açıqlaması bunu təsdiq etdi.

10 Noyabr bəyanatına əməl etməyən ən birinci tərəf elə Rusiyadır,
Erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması öhdəliyi götürən “sülhməramlılar” əksinə son 2 ildə Xankəndidəki terrorçuları silah, sursat və digər təminatlarla gücləndirir, yeganə kommunikasiya olan Laçın yolundan yan keçən gizli yollar çəkir və silah daşınmasını müşayiət edir.

Terrorbaşı Araiki 2 gün əvvəl Kremldə qəbul edərək Xankəndində “yeni mübarizə və müharibəyə başlamaq” təlimatının da arxasında Moskva dayanır.

Sözsüz ki, bu cür təhdidlər Azərbaycanın geridönməz əzmkar mövqeyini dəyişdirməyəcək, Azərbaycan dövləti və Ordusu Laçın yolunda və digər bütün suveren ərazilərində bütün qeyri-qanuni fəaliyyətlərin qarşısını alacaq, BMT-nin 4 qətnaməsini özü-öz gücünə həll etdiyi kimi, “sülhməramlıların” öhdəsinə düşən işi də özü görəcəkdir.

Laçın dəhlizinə tam nəzarəti ələ keçirməyi bacaran Ordu bir gün Zəngəzur dəhlizini də nəzarətə götürəcək, buna hər kəs əmin ola bilər.

Separatçılar və havadarları vəziyyətinin daha da pisləşməsini və Azərbaycanın Polad Yumruğunun zərbəsini gözləmdən Qarabağdakı erməni əhalisinin Bakıya tabe olmaqdan başqa alternativinin olmadığı qəbul etməlidir.

Ermənistanı və özünü fəlakətə sürükləyən Fars terrorizminin ötən gün İranın Araz çayı və Naxçıvan sərhəddində hərbi qüvvələr cəmləməsi, SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpurun sərhəd bölgəsində Azərbaycana qarşı əzələ nümayiş etdirməsi də bizi təəccüləndirməməlidir. Bütün terrorçu və irtica rejimlər son nəfəslərində birləşərək bu cür davranış və ritorika nümayiş etdirir.

“Bir gün gələcəyik...” kimi açıq mətnlə Azərbaycanı şantaj edən Mollakratiya ötən gün Brüsseldə Cənubi Azərbaycan Türklərinin “Azadlıq, Ədalət, Milli Hökumət" şüarı ilə möhtəşəm mitinqinin keçirilməsindən dərs çıxarmalıdır, 50 milyonluq Azərbaycan Türkünün “Bir gün Təbrizə gələcəyik” izdihamına hazırlaşmalıdır.

Sonda bir məqamı da xüsusi toxunmaq istərdim, Ermənistan adlı terrorçu quruluşa nə sülh və barış əlinin uzatsan da, o murdar siması və xain əməllərindən əl çəkəsi deyil. Dünən qardaş Türkiyə ilə keçirilən futbol oyununda haylar Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən afişalar və ASALA-nın terror şüarı olan “Nemesis” pankartlarını qaldırmaqla bir daha murdar və alçaq sifətlərini nümayiş etdirdilər. Nə yazıq ki, Avropa Futbol Federasiyasının və digər təşkilatların yetkililəri bu mənzərəni sükutla qarşılayaraq heç bir sərt tədbir görməyə cəhd etmədilər.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş