Qarabağ ermənilərinə Ermənistanla əlaqə məqsədi ilə tək yol nəzərdə tutulub və bu, üçtərəfli müqavilədə müəyyən edilib. Əlavə yolların olması isə o demək deyildir ki, ermənilər bu yollardan istifadə edə bilər.
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan tərəfinin bu yollardan istifadə edilməsi zamanı bunun qarşısını alması təbbi haldır, çünki Azərbaycan tək bir yolun təhlükəsizliyinə təminat verib:
"Ona görə də, elə ermənilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün digər yolları bağlayıb ki, əraziyə destruktiv qüvvələr daxil olmasın. Bu, bilavasitə Azərbaycanın vəzifəsidir".
Azər Qasımov qeyd edib ki, rus sülhməramlıları isə müqavilədən kənar yolların istifadəsinə şərait yaratmaqla elə ilk növbədə sadə erməni əhalisinin təhlükəsizliyini təhlükəyə atıb. Azərbaycan üçün öz öhdəliklərinə əməl etmək vacib məsələdir:
"Bu, keçirilən əməliyyatın erməni tərəfi üçün itkisiz nəticələnməsi ilə də sübut olunur. Azərbaycan əsgəri həm profesionallığı ilə buna nail olub, həm də aldığı əmrə əsasən erməni əsgərinin məhv olmasını istəməyib. Odur ki, əməliyyat itkisiz keçirilib. Amma Azərbaycanın humanist ordusu həmişə özünü humanist aparmaya bilər. Ermənilər bunu yaddan çıxarmamalıdılar".
Mehman