Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Newscenter.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki,stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.6, dəm qazı 1.7, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində 1.4 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz trannssərhəd xarakterlidir, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
Sevinc