Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
Newscenter.az xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsdi Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.