Avropa İttifaqı (Aİ) ölkələrində yaşayanların təxminən yarısı kommunal xidmət haqqlarını ödəməkdə çətinlik çəkirlər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa İttifaqı Komissiyası 27 üzv ölkədə, eləcə də İslandiya və Norveçdə keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir
Soröuda iştirak edən respondentlərin 48 faizi müxtəlif ödənişləri, o cümlədən mənzil kreditləri və işə getmək üçün nəqliyyat xərclərini ödəyə bilməməkdən şikayətlənib. Vətəndaşların 37 faizi borclarını ödəmək üçün əmanətlərindən istifadə etməlidir.
Qeyd edilir ki, Avropadakı enerji böhranı da qitə vətəndaşlarını çətin duruma salıb. Belə ki, enerji qiymətlərinin artması ilə əlaqədar istehlakçıların yarıdan çoxu kommunal xidmət haqlarını ödəyə bilmirlər. Nəticədə, qitə əhalisinin 71 faizi evdə enerji qənaətinə üstünlük verib.
Mehman