Bu il Avstraliyada 5 milyona yaxın kenqurunun ovlanmasına icazə verilib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, kenquruların ovlanması dövlətin müəyyən etdiyi illik kvota əsasında müəyyən edilib.
Ekofəallar isə dövlətin bu qərarına ciddi şəkildə etiraz ediblər. Hökumət rəsmiləri isə hesab edirlər ki, quraqlıqdan əziyyət çəkən bəzi kenquru növlərinin sayının çox olduğu ölkədə yerli növlərin qorunması və heyvanların aclıqdan tələf olmasının qarşısını almaq üçün kenquruların mütəmadi olaraq məhv edilməsi lazımdır.
Son rəsmi rəqəmlərə görə, Avstraliyada 36 milyondan çox kenquru var.
Mehman