Avstraliyada “Latitude Financial” maliyyə xidmətləri şirkətinin 8 milyona yaxın müştərisinin şəxsi məlumatları kiberhücum nəticəsində ələ keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə ABC News məlumat yaylb.
Şirkətin məlum hadisə ilə bağlı verdiyi açıqlamasında, Avstraliya və Yeni Zelandiyadan olan müştərilərin məlumatlarına 7,9 milyon sürücülük vəsiqəsi, 53 min pasport nömrəsi və 100-ə yaxın müştərinin aylıq maliyyə məlumatları daxil olduğu bildirilib.
Bundan başqa, açıqlamada ən son 2005-ci ilə aid olan daha 6,1 milyon məlumatın oğurlandığı və oğurlanmış şəxsiyyəti təsdiq edən sənədləri əvəz etmək istəyənlərə kompensasiya veriləcəyi diqqətə çatdırılıb.
Mehman