Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə başlanılır

“Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə başlanılır


Aprelin 8-də “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə başlanılır.

Newscenter.az-a Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, sənədlər buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi” təqdim olunur.

"Buraxılış vəsiqəsi" və "Buraxılış kartı"nın verilməsi üçün sənədlərin qəbulu AYNA-nın Regional İdarələrində də həyata keçirilir. Daşıyıcılar və sürücülər tələb olunan sənədləri fəaliyyət göstərdikləri region üzrə İdarələrə təqdim edə bilərlər.
Yeri gəlmişkən, Növruz bayramı ərəfəsində və bayram günlərində AYNA-nın regional idarələrinin əməkdaşları regionlarda yük maşınlarının sıx olduğu ərazilərdə sürücülərə “Buraxılış vəsiqəsi”nin alınması üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verib, informativ vərəqələr paylayıblar.

11 Regional İdarə üzrə 1178 sürücü ilə məlumatlandırma işi aparılıb.

Natiq
Xəbəri paylaş