"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində qarşıdakı illərdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Newscenter.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, bu məqsədlə 2023-2024-cü illərdə 10 ədəd Stadler FLIRT tipli sərnişin qatarının alınması planlaşdırılıb.
Səhmdar Cəmiyyətdən o da bildirilib ki, müntəzəm olaraq infrastrukturun modernləşdirilməsi və reyslərin bərpası istiqamətində müvafiq işlər aparılır:
"Sadalanan işlər yekunlaşdıqdan sonra digər istiqamətlərdə də sərnişindaşımanın fəaliyyətinin bərpa edilməsi mümkün olacaq".
Sevinc