Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb -ÖZƏL

Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb


"Vətən müharibəsində qazandığımız Qələbə torpaqlarımızın işğaldan azad edilməsini təmin etməklə yanaşı, regionda sürətli inkişafa və dayanıqlı sülhün təminatına şərait yaratdı. Həmçinin yeni reallıqlar regionda yeni münasibətlər, yeni siyasi sfera yaradıb2.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü XəyaL Məmmədəliyev səsləndirib. O bildirib ki, müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı:

"Çünki bu işləri görmək üçün təkcə maddi resurs kifayət etməz. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr dövlətimizin iqtisadi gücünün göstəricisidir. Qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətlərinin aparılan bərpa işlərində yaxından iştirakı hər birimizi sevindirir və qürurlandırır".

Hakim partiyanın üzvü qeyd edib ki, hazırda bizim rayonumuzun ərazisində də tikinti-quruculuq və bərpa işləri sürətlə davam etməkdədir:

"Sevindirici haldır ki, bu gün dövlətimizin iqtisadi gücünün göstəricisi olan, işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri uğurla davam etməkdədir. Dövlətimiz tərəfindən həyata keçirilən beynəlxalq və regional əhəmiyyətli layihələrin bir çoxu Füzuli rayonu ərazisində reallaşdırılmaqdadır. Füzuli Beynəlxalq Hava Limanının tikilməsi, Füzuli və Şükürbəyli yarımstansiyalarının açılması rayonumuzun strateji əhəmiyyətini daha da artıracaq layihələrdəndir. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, Horadiz-Zəngilan, Füzuli-Hadrud, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisi sürətlə davam edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsini bərpa edəcək, gələcəkdə Türkiyəyə kimi uzanacaq siyasi və strateji əhəmiyyətli Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam etməkdədir. Əminik ki, ərazisində belə əhəmiyyətli infrastruktur layihələrin reallaşması rayonumuzun gələcək sosial-iqtisadi inkişafına möhkəm təməl olacaqdır".

Xəyal Məmmədəliyev onu da deyib ki, hazırda Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb:

"Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. Gələcəkdə regionun beynəlxalq əhəmiyyətini artıracaq hava limanları tikilir. Bütün bu görülən işlər qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur cənnətə çevriləcək və Azərbaycanın dilbər guşəsi olaraq öz qonaqlarını qarşılayacaqdır. Ulu öndərimizin vəsiyyəti olan Dağlıq Qarabağ münaqişəsi məsələsi müzəffər ordumuzla bərabər, qızıl hərflərlə yeni tarix yazan Prezidentimiz tərəfindən uğurla, qələbə ilə tamamlanmış və əlavə edərək demişdir: “Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!"
Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir".

Anar
Xəbəri paylaş