Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram günlərində dəmir yolu nəqliyyatı ilə nə qədər sərnişin daşınıb?

Bayram günlərində dəmir yolu nəqliyyatı ilə nə qədər sərnişin daşınıb?


"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində (18-26 mart) daşıdığı sərnişinlərin sayını açıqlayıb.

Newscenter.az quruma istinadən xəbər verir ki, həmin günlərdə səhmdar cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Martın 18-də ölkədə ilk dəfə Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq marşrut üzrə günaşırı əlavə reyslər təyin olunub və ümumilikdə 1 148 sərnişinə xidmət göstərilib.

Bundan başqa, martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Abşeron dairəvi dəmir yolu üzrə isə bayram günlərində ümumilikdə 64 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 330 297 sərnişin daşınıb. Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43% çoxdur.

Sevinc
Xəbəri paylaş