Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Brüsselin fəallığı gözdən pərdə asmaqdan başqa bir şey deyil -ÖZƏL

Brüsselin fəallığı gözdən pərdə asmaqdan başqa bir şey deyil


"Hesab edirəm ki, Azərbaycan-Ermənistan sülh danışıqları fonunda Brüsselin fəallaşması gözdən pərdə asmaqdan başqa bir şey deyil".

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə Qərbdən artan diplomatik fəallığa münasibət bildirərkən səsləndirib. AVP rəsmisi fikirlərinə belə davam edib:

"Fikirləşək, faktiki olaraq Azərbaycana qarşı Ermənistanın mövqeyini gücləndirmək üçün öz missiyasını göndərən Aİ necə ola bilər ki, paralel olaraq da sülh müqaviləsi istiqamətində səy göstərsin? Bu heç də səmimi deyil".

Pərviz Mirizadə hesab edir ki, Brüsseldən fərqli olaraq rəsmi Vaşinqtonun məsələnin həlli üçün aktivlik nümayiş etdirməsi realdır:

"Yəni ABŞ-nın iki ölkə arasındakı münaqişəyə yanaşması bu cür idi. "Hansı tərəf üstündürsə, proses onun lehinə inkişaf etsin". İkinci Qarabağ müharibəsinə qədər üstünlük Ermənistan tərəfində idi və Amerika onlardan yana siyasət həyata keçirirdi. İndi isə üstün tərəf Azərbaycandır və ABŞ məsələnin bizim istədiyimiz kimi yekunlaşmasının tərəfdarıdır".

AVP rəsmisi onu da diqqətə çatdırıb ki, Vaşinqton Azərbaycanın nüfuzunun artmasının fərqindədir və Amerikanın Azərbaycan qarşısında Ermənistanı seçməsi inandırıcı deyil:

"Təbii ki, erməni lobbisinin ABŞ siyasilərinə təsiri bəllidir və orada ölkəmiz əleyhinə hər hansı bir qərar qəbul edilirsə, həmin qərarın memarı məhz erməni lobbisidir. ABŞ-da hakimiyyətdə güclənmək istəyən istənilən siyasi şəxslər öz məqsədləri naminə erməni lobbisindən bir basamaq kimi istifadə edirlər".

Natiq
Xəbəri paylaş