"Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər".
Newscenter.az xəbər verir ki, bu fikirlər Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində əksini tapıb.
Müraciətdə vətəndaşlardan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələri, saxta profillər işlədənlərə inanmamaq tövsiyə olunur.
Mehman