Əfqanıstanın paytaxtı Kabildə terror aktı həyata keçirilib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, terrakt Xarici İşlər Nazirliyinin yaxınlığında baş verib.
Belə ki, intiharçının üzərində olan partlayıcını işə salması nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub.
Kabil Polis İdarəsinin sözçüsü Xalid Zedran isə mətbuata verdiyi açıqlamada hücumçunun Nazirliyin yerləşdiyi küçənin girişindəki keçid məntəqəsinə yaxınlaşarkən təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyini və üzərindəki bombanın partladığını bildirib. .
Xalid Zedran terror aktı zamanı 3 Taliban üzvünün və bir neçə dinc sakinin də yaralandığını bildirib.
Kabilin Təcili Tibbi Yardım Xəstəxanasının sosial media hesabından verilən məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla 12 nəfər yaralanıb.
Mehman