Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransada Makron daxil olmaqla bütün məmurlara QADAĞA QOYULDU -ÖZƏL

Fransada Makron daxil olmaqla bütün məmurlara QADAĞA QOYULDU


Fransada başda prezident Emmanuel Makron olmaqla bütün dövlət qulluqçularına sosial media platformaları, filmlər, oyunlar və video saytları iş telefonlarına yükləmək qadağan edilib. Newscenter.az trthaber-ə istinadən bildirir ki, qadağalar kibertəhlükəsizliklə bağlıdır. Mərkəzi Çində yerləşən Tik-tok sosial şəbəkəsindən istifadə də fransız məmurlara qadağan edilib.

Bundan başqa, qadağa siyahısına Netflix kimi film saytları, Instagram kimi sosial media platforması və Candy Crash kimi oyun saytları da daxildir.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Avropa ölkələri kibercasusluq təhlükəsi ilə bağlı Çində yerləşən Tiktok video paylaşım platformasını qadağan edib.

Mehman
Xəbəri paylaş