Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan normallaşma prosesinə süni əngəllər yaradır -ÖZƏL

İrəvan normallaşma prosesinə süni əngəllər yaradır


Vətən Müharibəsinin bitməsindən iki ildən çox vaxt keçməsinə baxmayaraq öz həllini tapmayan bir çox məsələlər mövcuddur. Ən əsası həllini gözləyən işlərin yekun nəticəsi olaraq tərəflər arasında sülh müqaviləsi imzalanmalıdır ki, bu istiqamətdə ən böyük əngəl Ermənistandır.

Bu fikirləri Newscenter.az-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, rəsmi İrəvan qeyri-konstruktiv mövqe sərgiliyərək bilərəkdən normallaşma prosesinə süni əngəllər yaradır:

"Paşinyan hökuməti son zamanlar gərginliyi artırmaqla məlum danışıqlar istiqamətində Azərbaycan qarşısında müəyyən üstünlüklər əldə etmək üçün çalışır, digər tərəfdən iki ölkə arasındakı gərgin vəziyyətdən yararlanaraq vassalı olduğu Rusiyadan uzaqlaşmaq istəyir".

Pərviz Mirizadə deyib ki, İrəvan rəhbərliyinin ikili davranışlarının fərqində olan qərb, yaranmış situasiyadan istifadə etməklə Ermənistan üzərindən öz maraqlarını həyata keçirmək məqsədi güdür:

"Həmin maraqların bir hissəsi isə Rusiyanın regionda olan varlığını sonlandırmaqdan ibarətdir".

Anar
Xəbəri paylaş