Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) mart ayı ərzində apardığı statistikaya görə İstanbul Hava Limanı gündəlik orta hesabla 1274 uçuşla Avropanın ən işlək hava limanı olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Avropa Aviasiya İcmal Hesabatına görə, Türkiyə isə 15-21 Mart 2023-cü il dövrünün hava trafik statistikasına görə gündə orta hesabla 2 min 368 uçuşla Avropanın ən sıx trafikə malik ölkələri arasında 6-cı yerdə qərarlaşıb.
Beləliklə, Türkiyə 2019-cu ildəki performansını 6 faiz üstələyib. Göstərilən dövrdə ən çox uçuş həyata keçirən aviaşirkətlər arasında gündə orta hesabla 1313 uçuşla Türk Hava Yolları ikinci, Ryanair isə 2181 uçuşla birinci olub.
İstanbul hava limanını bu göstərici ilə 1204 uçuş həyata keçirən Londonun "Hitrou" və 1153 uçuş həyata keçirən Parisin "Şarl de Qoll" hava limanı üstələyib.
Mehman