"6-lı" masanın prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu ölkə boyu keçirilən rəy sorğularının nəticələrindən narahatçılığını açıq şəkildə ifadə edib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, partiyasının bələdiyyə başçıları ilə keçirdiyi görüşdə CHP lideri Kamal Kılıçdaroğlu, rəy sorğularının nəticələrinə diqqət çəkərək "seçkiləri qazandıq' əhval-ruhiyyəsindən uzaq olmağı tövsiyə edib.
Daha sonra Kılıçdaroğlu, "Qətiyyən rahat olmayın. Yalnız bizi dəstəkləyən seçicilərin olduğu yerlərə diqqət yetirməyin. Həm də səslərimizin aşağı olduğu yerlərə diqqət edin” deyərək CHP-nin bələdiyyə sədrlərinə təlimatlar verib.
Mehman