Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş keçirilməsini bir daha təklif edib

PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş keçirilməsini bir daha təklif edib


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - məlumatda qeyd olunub.

Mehman
Xəbəri paylaş