Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peskov: "Qərbin təzyiqi Belarusa nüvə silahı yerləşdirmək planlarımızın qarşısını ala bilməyəcək" -ÖZƏL

Peskov: "Qərbin təzyiqi Belarusa nüvə silahı yerləşdirmək planlarımızın qarşısını ala bilməyəcək"


"Qərbin təzyiqi Belarusa nüvə silahı yerləşdirmək planlarımızın qarşısını ala bilməyəcək".

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə bir açıqlama ilə çıxış edib. Peskov paytaxt Moskvada jurnalistlər üçün keçirdiyi birifinqdə bunları deyib.

Kremlin sözçüsü xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin keçən həftə Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini bəyan edib.

Qərb ölkələrinin buna mənfi reaksiya verdiyini qeyd edən Peskov, "Təbii ki, bu reaksiya Rusiyanın planlarına təsir edə bilməz" deyə vurğulayıb.

Mehman
Xəbəri paylaş